Сервер временно недоступен.

Подождите, пожалуйста.

loader

Zəhmət olmasa, gözləyin...

Xidmətdən istifadə şərtləri və məxfiçilik

Zəhmət olmasa FOTOBOOM.AZ-da qeydiyyatdan öncə bu bölümlə diqqətlə tanış olun.

Hazırkı Saziş, Printonline MMC (sonradan “FotoBoom.az” adlanacaq) və http://www.fotoboom.az (sonradan – Sayt) ünvanında yerləşən FotoBOOM.az saytının xidmətlərindən istifadə etmək istəyən fiziki şəxs ( sonradan “İstifadəçi” adlanacaq) tərəflərinin münasibətlərini tənzimləyir.

Şəxsi profilin yaradılması (sonradan Qeydiyyat) və ya Saytdan başqa şəkildə istifadəsi İstifadəçinin hazırkı Sazişin bütün şərtləri ilə razı olduğunu təsdiq edir, həmçinin İstifadəçini Sazişin bütün şərtlərinə əməl etməsinə və ya Saytın xidmətindən istifadəsini dayandırmasına öhdə qoyur.


1. İstifadəçinin materialları

Sazişə əsasən Saytda İstifadəçi tərəfindən yaradılmış təsvirin (sonradan – Təsvir) yerləşdirilməsi aşağıdakı hallarda yol verilməzdir:
1. Pornoqrafiya, zorakılıq və digər elementləri olan, digər vətəndaşların hisslərini və layəqətini alçaldan; həmçinin digər materialların yerləşdirilməsi, əgər onlar Azərbaycan Reaspublikasının mövcud olan qanunverciliyinə əsasən inzibati və ya cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilərlər.
2. Məxfiçilik,açıqlıq, müəllif və ya əlaqəli hüquqların sahibinin icazəsi olmadan və bu hüquqları pozan materiallar;
3. Anonim və ya yanlış elektron ünvanlarından alınanlar;

Sayt İstifadəçinin yüklənilmiş şəkillərin üçüncü şəxslər tərəfindən isitifadə etməsinə imkan yaratmır, amma, öz növbəsində, İstifadəçinin öz təqsiri üzündən itirilməsi və ya parolu digər şəxsə verilməsi nəticəsində hüquqazidd əməllərin üçüncü şəxslərin və ya Saytın İstifadəçinin öz səhvinə görə şəxsi kabinetin parolun itirilməsi və ya verilməsi nəticəsində baş verən belə bir girişə dair heç bir məsuliyyət daşımır.

Ədəbsiz söz və ifadələrin istifadəsi, habelə təhqiramiz ifadələrin İstifadəçinin şəxsi profildə, albomun və şəkillərin adlarında , şərhlərdə qadağandır. FotoBOOM.Az Saytdayerləşdiriləcək materialların məzmununa görə məsuliyyət daşımır, lakin İstifadəçiyə xəbərdarlıq etmədən və heç bir əsas gətirmədən materialları silmək, dəyişikliklər və redaktə etmə hüququnu öz üzərində saxlayır və nalayiq və təhqiramiz məzmun, müəllif və ya əlaqəli hüquqları pozan və ya digər şəkildə qəbuledilməz hesab olunan materialları kənarlaşdıra bilər.

İstifadəçi istənilən material FotoBOOM.az tərəfindən təqdim olunan xidmət çərçivəsində silinə, dərc edilə, sürəti çıxardıla və ya göndərilə biləcək ehtimalı ilə razılaşır.

İstifadəçi üçüncü şəxslərinTəsvirlərin Saytda yaradılması və yerləşdirilməsi ilə bağlı bütün iddiaları müstəqil və öz hesabına həll etməlidir.

İstifadəçinin Profili onun qeyri-kommersiya formatda şəxsi istifadəsi üçündür.

Fotoboom.Az İstifadəçinin şəxsi profili üçün aşağıdakı səbəblərə görə icəzəsi olmalıdır:
1. İstifadəçinin parolu itirdiyi halda onun bərpası üçün.
2. İstifadəçi üzərində olan öhdəlikçiliyi öz üzərinə götürmək üçün.
3. Saytın dəyərləndirilməsi və təhlili üçün.

FotoBOOM.az fırıldaqçı məqsədi ilə yaradılmış profilli silmək hüququnu özündə saxlayır.

Saytda Qeydiyyat üçün ödəniş götürülmür.

2. Məxfiçilik və informasiyanın qorunması

Saytda qeydiyyatdan keçdikdən sonra əldə olunan İstifadəçinin məlumatları parolun itirilməsi və ya sifariş olunan malın ödənişi üçün şəxsiyyəti müəyyən edən sənədlərin olmaması zamanı bu məlumatlar gərəklidir. İstifadəçinin ünvanı yalnız hazır məhsulun çatdırılması üçündür. İstifadəçi Saytda göstərilən xidmətə müqabil FotoBOOM.az və üçüncü şəxslərə şəxsi məlumatların işlənilməsi üçünöz razılığını verir. Buna rəğmən, FotoBOOM.Az ilə müqavilə əsasında fəaliyyət göstərən, İstifadəçi qarşısında öhdəliklərinin icrası üçün FotoBOOM.az informasiyanın agentlərə və üçüncü şəxslərə təqdim edilməsi qanun pozuntusu sayılmır.

FotoBOOM.az İstifadəçinin brauzerindən server logları, texniki informasiyanın avtomatik alır və yazır: İP ünvan, cookie və ünvanı tələb olunan səhifələri. Həmçinin ya FotoBOOM.Az administrasiyası üçün sifarişin yerinə yetirilməsi prosesində İstifadəçi ilə əlaqə saxlamaq və parolu sürətli və təhlükəsiz bərpası üçün sistem elektron ünvanını (e-mail) tələb edir. Bu ünvan heç vaxt hər hansı məqsədlər və ya reklam xarakterli məktub göndərmələri üçün istifadə olunmayacaqdır. Təbii ki, İstifadəçinin özü abunə olduğu göndərmələr istisna olmaqla.

Bütün əldə olunan məlumatlar yalnız bir məqsəd daşıyır, o da FotoBOOM.az xidmətinin keyfiyyət və rahatçılığını daha da təkmilləşdirməkdir.

Eyni zamanda, Sayta və ya İstifadəçiyə qarşı üçüncü şəxs tərəfindən qanuna zidd hərəkətləri və parolun itiriliməsi nəticəsində yayılan şəxsi məlumata görə FotoBOOM.az heç bir məsuliyyət daşımır.

Şəxsi kabinetə giriş parol ilə qorunur.

FotoBOOM.az İstifadəçilər haqqındaşəxsi məlumatı heç kəsə satmır və yaymır. FotoBOOM.az yalnız aşağıdakı hallarda məlumatları üçüncü şəxsə ötürə bilər, əgər:
1. Siz özünüz bu məlumatın açılması üçün istəyinizi bildiribsiniz;
2. Onsuz Siz istədiyiniz məhsul və ya xidmətdən faydalana bilmirsiniz;
3. Azərbaycan Respublikasının və ya beynəlxalq qanunvercilik və/və ya hökümət qurumları qanuna tam uyğun şəkildə bunu tələb edirsə;
4. Siz İstifadəçi sazişini pozduğu halda.

FotoBOOM.az istifadəçini kompyuterinə cookies yazmaq iqtidarındadır və sonradan onları istifadə edə bilər. FotoBOOM.az tam zəmanət verir ki, heç bir reklam xidməti və ya proqramı Saytın istifadə etdiyi cookies-ə access-i (icazəsi) yoxdur.

FotoBOOM.azistifadəçilərə öz şəxsi məlumatı və ya personal sazlamalarını istədiyi məqamda dəyişməyə imkan yaradır. İstifadəçi həmçinin profilini və şəxsi məlumatlarını silə bilər.

FotoBOOM.az İstifadəçiyə reklam-informasiya xarakterli məktublar yönəltmək hüququ vardır. Əgər İstifadəçi FotoBOOM.az-dan göndərişləri almaq istəmirsə, o Saytda şəxsi kabinetdə müvafiq sazlamaları dəyişməlidir.


3.Yerləşdirmə, ödəniş və sifarişin çatdırılmas

Saytda sifariş edən İstifadəçi mövcud olan Sazişin bütün bəndlərlə razılaşır və hazır sifarişin alınması zamanı ödəniş üsulunu ya bank kartı ilə, ya da nağd ödənişi seçmək hüququnamalikdir.

Ödəniş etdikdən sonra çatdırılma zamanı Saytın operatoru ilə telefon danışığında İstifadəçi öz şəxsiyyətini və yerini təsdiq etməlidir. Çatdırılması yalnız Bakı şəhəri daxilində həyata keçirilir. Məhsulun çatdırılması və ya ödənişin icrası haqda hər hansı şübhələr yarandıqda, FotoBOOM.az sifarişin bank kartları vasitəsilə və ya çatdırılma nöqtəsində nağd pul şəkilində tam ödənilməsinə qədər onun icrasını dayandırmaq hüququnu özündə saxlayır.


4. Gözləmələrə uyğun olmayanların və qaytarmaların məsuliyyət məhdudlaşdırılması

FotoBOOM.az fotoməhsulların yığılmasına, çapın keyfiyyətinə və rəngverilişinə böyük diqqət yetirir. Lakin çap və rəngin vizual texnologiyaların fərqinə görə hazır olan məhsul ilə İstifadəçinin monitorundakı rənglər birbirilə fərqlənə bilər. Poliqrafiya üslubu iləşəkil çapın keyfiyyəti ənənəvi fotolabdakı çapdan fərqlənir.

Əgər məhsulun keyfiyyəti gözlədiyinizdən çox fərqlənirsə, İstifadəçi ödəniş etməkdən imtina edə bilər. Belə halda FotoBOOM.az qaytarılmış fotoməhsulu öz demo-zalında və ya digər reklam məqsədləri ilə istifadə etmə hüququnu özündə saxlayır. Eyni qaydada bütün bunlar İstifadəçi tərəfindən hər hansı səbəbə görə ödənilməyən və çatdırılmayan məhsullarla da baş verəcəkdir.

5. Sənədlərə və proqram təminatına aid müəllif hüquqları

Saytda yerləşdirilmiş bütün məlumatlar, məzmun, proqram təminatı və digər materiallar müəllif və əlaqəli hüquqlar haqqında qanunla qorunur. Mövcud olan AR qanunvericiliyə uyğun olaraq, surət çıxarma və bu materialların yayılması müəllif hüquqları sahibinin öncədən yazılı razılığı olmadan qadağandır.

6. Zəmanətlər və məsuliyyət.

Məzmun və materiallar rahat şərtlərlə Saytda "odluğu kimi", istənilən növ zəmanətsiz, həqiqətən olan və ya anlananlar, təqdim olunur.

FotoBOOM.az Saytın fəaliyyətivə göstərilən xidmətlərin fasiləsiz olması üçün əlimizdən heç nəy əsirgəmir. Lakin Saytın İnternet bağlantısı, veb-brauzer, müntəzəm və qüsursuz işlənməsinə, həmçinin istifadəçinin profilinin qorunması, Saytda yerləşdirdiyi Şəklə, və ya şərhlərə görə zəmanət vermir.

Fotoboom.Az, İstifadəçiyə və ya üçüncü şəxslərə dəyən birbaşa və ya dolayısı ilə, ya da Saytın istifadəsi mümkün olan və ya olmayan təqdirdə heç bir ziyanı ödəmir.

İstifadəçi FotoBOOM.az-a sifariş üçün göndərdiyi bütün materialların müəllif hüquqların olduğuna zəmanət verir. İstifadəçi zəmanət verir ki, Tərəflər bu müqavilənin icrası ilə əlaqədar hərəkət edərək, qanuni, üçüncü şəxslərin hüquqlarının və qanuni mənafelərini pozmur (həmçinin əqli fəaliyyətin nəticələrinə və individualizasiya(fərdi) vəsait hüquqlarını pozmur, vətəndaşın şəklinin istifadəsi və yerləşdirilməsi, həm də şəxsi məlumatların işlənilməsi qanuna tam uyğun baş verir).

Əgər belə üçüncü şəxslər, habelə dövlət orqanları istənilən növ tələblər FotoBOOM.az doğru və/və ya hansısa iddialar irəli sürəcəklərsə, İstifadfəçi bu məsələlərin həllinə dair dərhal tədbir gördüyünə ( o cümlədən, mülki və ya cinayət mühakimə icraatı), tələblərin, iddiaların, zərər vurulmasına və ya zərərin üçüncü şəxslərin hüquqlarının pozulması ilə bağlı FotoBOOM.az-ı qorumaq və müdafiə etmək üçün müstəqil şəkildə və öz hesabına bütün lazımi tədbirlərin görülməsi üçün zəmanət verir. Mövcud olan bütün maddi ziyanı, yanı üçüncü şəxslərin və dövlət orqanlarının iddialarının FotoBOOM.az-a qarşı olarsa, o cümlədən, bu bəndin pozulması ilə əlaqədar yaranan məhkəmə xərcləri və vəkil xərcləri, İstifadəçi FotoBOOM.az-ın ilk tələbi ilə kompensasiyanı (ödəməyi) təxirə salınmadan öhdəsinə götürür.

Saytın istifadəsi ilə bağlı bütün münasibətlər və mövcud olan Saziş, Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.

Siz bu saytda daxil olması və materialların istifadəsi barəsində bütün qanunlara riayət etməli, o cümlədən, yaşadığınız ölkənin qanunlarını və ya Sayta daxil olduğunuz ölkənin qanunlarına ciddi şəkildə əməl etməlisiniz.

Fotoboom.Az mövcud Sazişə dəyişiklik etmək hüququnu özündə saxlayır və bununla bağlı öz Saytında yerləşdirilən Sazişdə istənilən dəyişikliklər mütəmadi izləməyiİstifadəçi öz üzərinə öhdəsinə götürür.